“12 noyabr- Konstitusiya Günü” münasibətilə gənclərin iştirakı ilə dəyirmi masa təşkil olunubbackend

“12 noyabr- Konstitusiya Günü” münasibətilə gənclərin iştirakı ilə dəyirmi masa təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin iş və tədbirlər planına uyğun olaraq “12 noyabr- Konstitusiya Günü” münasibətilə gənclərin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə və Gəncə Dövlət Universitetinin Tarix kafedrasının müəllimi Ümid İsmayılov iştirak ediblər.

Natiqlər öz çıxışlarında 12 noyabr 1995-ci ildə ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini və Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biri olduğunu, burada bütün ali hüquqların qorunduğunu qeyd ediblər. Onlar bu günün əhəmiyyətindən bəhs edərək dövlət atributlarına hörmətin vacibliyini vurğulayıblar və gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə ediblər.