12 ölkənin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyuldubackend

12 ölkənin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən fərman imzalayıb. Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları üçün giriş qismən məhdudlaşdırılıb.

Bu barədə CBS News xəbər verir. ABŞ prezidenti qadağanın səbəbi kimi milli təhlükəsizlik risklərini göstərib. Ağ Ev sözçünün sözlərinə görə, məhdudiyyət viza müddətinin çox olduğu ölkələrə, eləcə də öz şəxsiyyəti və mümkün təhlükələr barədə məlumat verməyən ölkələrə təsir edib.

Məhdudiyyətlərə məruz qalmayan ölkənin pasportu ilə səyahət edən ikili vətəndaşlar, xüsusi Əfqanıstan vizası, diplomatik viza, BMT və ya NATO vizası sahibləri, həmçinin idmançılar üçün istisnalar olacaq.

//Samir Qurbanov, Editor.az