122 nəfəri daşıyan təyyarə uçuş-enmə zolağında yanıbbackend

122 nəfəri daşıyan təyyarə uçuş-enmə zolağında yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Çonqinq şəhərinin Cyanbey Beynəlxalq Hava Limanından Tibet Muxtar Bölgəsindəki Ninqçi şəhərinə getməyə hazırlaşan təyyarədə havaya qalxarkən texniki nasazlıq yaranıb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Tibet Hava Yollarına məxsus “Airbus A319” tipli təyyarədə problem aşkar edən pilotların müdaxiləsi nəticəsində uçuş dayandırılıb. Uçuş zolağından çıxan təyyarənin mühərrikinin alovlandığı aşkar edilib. Təyyarədə olan 113 sərnişin və 9 ekipaj üzvü təxliyə edildiyi, 40-dan çox sərnişinin yüngül xəsarət aldığı bildirilir.

Qeyd edək ki, təxminən iki ay əvvəl “China Eastern Airlines” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 132 nəfər həlak olmuşdu.

//Nəzərbəy, Editor.az