13 il müddətinə azadlıqdan məhrum edilən keçmiş qubernatorun 58 sevgilisi olubbackend

13 il müddətinə azadlıqdan məhrum edilən keçmiş qubernatorun 58 sevgilisi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində məhkəmə Qiannan Buei və Miao dairəsinin keçmiş qubernatorunu Çun Yan 13 il müddətinə azadlıqdan məhrum edib.

Qadın təxminən 60 milyon yuan (təxminən 8,5 milyon dollar) məbləğində rüşvət almaqda təqsirli bilinib.” South China Morning Post” qəzetinin yazdığına görə, xanım Çjonq tabeliyində olan işçilərlə çoxsaylı münasibətdə olub: onun hələlik 58 sevgilisi məlumdur.

Nəşrin yazdığına görə, Çun Yan öz parlaq görünüşü ilə Çində çox məşhur olub. 2018-ci ildə muxtar vilayətin vitse-qubernatoru, 2021-ci ildə isə qubernator vəzifəsinə yüksəlib. Öz vəzifəsində o, fermerlərə kömək etmək üçün assosiasiya yaradıb və tez-tez xeyriyyəçilik məqsədilə vəsaitlər bağışlayıb. 2023-cü ilin aprelində o, Çinin ən yüksək anti-korrupsiya agentliyi tərəfindən istintaqa cəlb edilib. Məlum olub ki, xanım Çun rüşvət alıb və güzəştli firmalara müqavilələr bağlayıb. Nəşr yazır ki, o, əyalətdə özəl biznesin böyüməsini cilovlayıb, yalnız onunla əlaqəli şirkətlər üçün artımı təmin edib. O da məlum olub ki, “yaraşıqlı qubernator” tabeliyində olanlar arasından özünə çoxsaylı sevgililər seçib. Kişilərin bəziləri xanım Çunun təklif etdiyi imtiyazlara görə, bəziləri isə onun səlahiyyət və qüdrətindən qorxaraq buna razılaşıblar. Qubernator “işdən artıq iş” və “işgüzar səfərlər” bəhanəsi ilə sevgililəri ilə vaxt keçirib.
Bu il sentyabrın 1-də o, Çin Kommunist Partiyasından xaric edilib və dövlət vəzifəsindən kənarlaşdırılıb. Məhkəmə həbs cəzasına əlavə olaraq Çun Yanı 1 milyon yuan (təxminən 141 min dollar) cərimələyib.

//Samir Qurbanov, Editor.az