Sankt-Peterburqdakı özəl məktəbin şagirdi valideynlərindən 18 milyon rubl oğurlayaraq onu Dubayda 13 yaşlı məktəbli üçün elit xarici avtomobil seçib Şimal paytaxtına sürəcəyini vəd edən sinif yoldaşına verib.
Bu barədə “Fontanka” nəşri məlumat yayıb. Polis xüsusilə böyük miqyasda dələduzluq maddəsi ilə cinayət işi açıb. Qeyd olunur ki, stomatoloji klinikalar üçün avadanlıqların topdan satışı üzrə ixtisaslaşmış şirkətin baş direktoru 29-cu polis bölməsi ilə əlaqə saxlayıb. Həmin şəxs bildirib ki, mart ayında naməlum şəxs 13 yaşlı oğlunu aldadıb, nəticədə uşaq cinayəti törədən şəxsə az qala 5,5 milyon rubl və 150 min dollar köçürüb.
Araşdırma zamanı polis əməkdaşları tələbənin sinif yoldaşına külli miqdarda pul köçürdüyünü aşkar ediblər. Oğlanın dediyinə görə, pul anasının müalicəsi və Dubayda avtomobil alması üçün nəzərdə tutulub, sonra onun Rusiya Federasiyasında yenidən satılması planlaşdırılıb.
Əlavə hallar müəyyən edilir.
//Samir Qurbanov, Editor.az