13 yaşlı qız özünü dördüncü mərtəbədən atdıbackend

13 yaşlı qız özünü dördüncü mərtəbədən atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb.

Editor.az “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü A.V. özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə təcili yardımın köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub.

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Loading...