13 yaşlı qızı qaçıran kişinin həyat yoldaşı: “Mənim böyük uşağımın 12 yaşı var” – VİDEObackend

13 yaşlı qızı qaçıran kişinin həyat yoldaşı: “Mənim böyük uşağımın 12 yaşı var” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O çoxdan telefonda qızlarla danışırdı”.

Bu sözləri Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən Səfər Kavazovun həyat yoldaşı İTV-yə danışarkən deyib.

Qadın qeyd edib ki, bunun sonunun problem olmasını dəfələrlə ərinə bildirib:

“Buna görə neçə aydır mübahisə edirdik. Amma maaşını həmişə evə gətirirdi. Axır beş gündə o evdən getdi. Mən bilməzdim belə bir şey olduğunu. Dünən dedilər ki, onu polis gəlib aparıb. Bu beş gündə cəmi bir dəfə ondan sənəd soruşdum. Mən bu gündən o insanı silirəm. Onu heç vaxt bağışlamayacağam. Mənim böyük uşağımın 12 yaşı var. O, bizi biabır elədi”.

Ətraflı videonu təqdim edirik: