14 yaşlı futbolçusu meydançada toqquşma sonrası öldübackend

14 yaşlı futbolçusu meydançada toqquşma sonrası öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Merinyak şəhərində “Jeunesse Villenavaise” klubunun 14 yaşlı futbolçusu futbol meydançasında baş verən faciəvi qəza nəticəsində dünyasını dəyişib.

Editor.az bildirir ki, bu barədə RMC Sport məlumat yayıb. Faciə bazar günü, iyunun 1-də gənclər komandasının oyunu zamanı baş verib. İlann adlı müdafiəçi rəqiblə toqquşma zamanı güclü zərbə alıb və sinə ağrısından şikayətlənib.

Bir müddət sonra huşunu itirib və təcili xəstəxanaya yerləşdirilib. Həkimlər gənc idmançıya ciddi daxili zədə, o cümlədən qaraciyərində qansızma diaqnozu qoyublar. Həkimlər bir neçə əməliyyat keçirsələr də, yeniyetmənin həyatını xilas edə bilməyiblər. O, hadisədən iki gün sonra dünyasını dəyişib.

İlannın çıxış etdiyi “Jeunesse Villenavaise” klubu iyunun 4-nə planlaşdırılan bütün məşqləri ləğv edib və komanda yoldaşlarına psixoloji dəstək təşkil edib.

//Samir Qurbanov, Editor.az