ABŞ-da 14 yaşlı Meyson Sisk anası ilə bağlı sirri öyrəndikdən sonra ailəsini öldürüb.
Editor.az Publika.az-a istinadla xəbər verir ki, yeniyetmə 38 yaşlı Con və 35 yaşlı Merinin böyük oğlu olub. Ailənin altı, dördı və altı aylıq bir uşağı da var idi. “Daily Mirror” bildirir ki, faciədən az əvvəl gənc oğlan məktəbdə “qeyri-adekvat davranış” nümayiş etdirməyə başlayıb.
Polisə zəng edən bir məktəbli atəş səsləri eşitdiyini, lakin təfərrüatları bilmədiyini deyib. Evin içərisində polis ailə üzvlərinin cəsədlərini tapıb: hamısı çarpayılarında başından vurulmuşdu.
Dindirilmə zamanı Meyson sonsuz münaqişələrdən yorğunluğunu əsas gətirərək ailəni öldürdüyünü etiraf edib. Cinayətdən əvvəl o, Merinin onun bioloji anası olmadığını öyrənib. İlkin məlumatlara görə, bu amil amansız cinayətə səbəb ola bilərdi.