15 idmançının zəhərləndiyi ehtimal edilən kompleksdən AÇIQLAMA: “Gün ərzində 120 nəfər eyni qidadan istifadə edir”backend

15 idmançının zəhərləndiyi ehtimal edilən kompleksdən AÇIQLAMA: “Gün ərzində 120 nəfər eyni qidadan istifadə edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“80 idmançı Göygöl Olimpiya Kompleksində qidalanır, əlavə olaraq Gəncə və ətraf bölgələrdən 40 idmançı və personalı da daxil etməklə, 120 nəfər eyni qidadan istifadə edir.Yəni, burada yeməklə bağlı heç bir problem yoxdur”.

Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, bu sözləri regionların yeniyetmə və gənc cüdoçularının Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışında zəhərlənməsi faktına münasibət bildirərkən kompleksin direktor müavini Müzadil Həsənov bildirib.

M.Həsənov əlavə edib ki,idmançılar artıq 6-cı gündür ki, təlim-məşq toplanışındırlar.

“Həmin gün uşaqların “uzağa qaçma” deyilən qaçış günü olub. Sonra içmək üçün nəzərdə tutulmayan sulardan istifadə ediblər. Ola bilər, zəhərlənməyə səbəb bu olsun. Cəmi 5-6 uşaqda həmin əlamətlər qeydə alınıb, digər uşaqlarda isə idmandan qaynaqlanan yorğunluq olub. Lakin bu uşaqların hamısını müayinə ediblər. İki saat xəstəxanada müayinə olunduqdan sonra buraxılıblar. Xəstəxanadan da bildirilib ki, ciddi problemləri yoxdur. Axşam idmançıların əksəriyyəti məşqə çıxıb” ,- deyə M.Həsənov bildirib.

Məlumat üçün qeyd edək ki,zəhərlənmə ehtimalı ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılan idmançılar 12-15 yaşarası yeniyetmə idmançılardır.

//İlham, Editor.az