“15 yaşında uşağın sosial şəbəkədə nə işi var?” – Roza əsəbiləşdibackend

“15 yaşında uşağın sosial şəbəkədə nə işi var?” – Roza əsəbiləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlarda yalan, satqınlıq və ikiüzlülük məni çox əsəbləşdirir. Bu cür insanları həyatımdan bir dəfəlik silirəm. Onlar yanımda ola bilməzlər. Acı olsa da, amma doğrunu söyləsin”.

Editor.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “MTV maqazin”ə açıqlamasında deyib. Sənətçi uşaqların sosial şəbəkəyə girməsinə qarşı olduğunu bildirib:

“15-16 yaşında bir uşağın sosial şəbəkədə nə işi var? Övladlarım dörd ildir ki, sosial şəbəkələrdən istifadə edirlər. Yəni onlar 19 yaşı tamam olduqdan sonra sosial şəbəkələrdən istifadə etdilər. O zamana qədər onlara icazə verməmişəm. Baxmayaraq ki, müğənniyəm… Adətən bizim haqqımızda başqa-başqa sözlər danışırlar. Amma bizim özümüzün qanunlarımız var”.