15 yaşlı oğlan 34 yaşlı kişini bıçaqlayaraq öldürübbackend

15 yaşlı oğlan 34 yaşlı kişini bıçaqlayaraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 34 yaşlı bələdiyyə işçisi Mehmet Tunçöz evində 15 yaşlı T.A.  tərəfindən bıçaqlanaraq öldürüldü. Qaçarkən evi yandırmağa cəhd edən T.A. tutularaq nəzarətə götürülüb.

Editor.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Fatih məhəlləsində baş verib. Mehmet Tunçöz parkda çay içdiyi T.A. ilə birlikdə evə gəlib. Evdə Anası ilə qarşılaşan Tunçöz “Mənə kiçik olan paltarları T.A.-ya verəcəm, ona görə birlikdə gəldik” deyib.

Mehmet Tunçözün anası meyvə yığmaq üçün bağçaya çıxıb. Bir müddət sonra T.A. əlində qanlı bıçaqla evdən qaçaraq uzaqlaşıb. T.A-nı küçədə görən bir şəxs ondan bu vəziyyətdə hara getdiyini soruşduqda “dostumla dalaşdım, ondan qaçıram” deyib.

Evdən tüstü çıxdığını görən Tunçözün anası içəri keçib. Oğlunun qan içində yatdığını görən ana otaqdakı əşyaların da qəzetlərlə yandırıldığını görüb.

Xəbər verildikdən sonra hadisə yerinə həkim və polis briqadası göndərilib. Bədəninin müxtəlif nahiyələrindən bıçaq zərbələri alan Mehmet Tunçözün öldüyü müəyyən edilib.
Mehmet Tunçözün meyiti tibbi ekspertiza üçün morqa aparılıb.

Hadisədən sonra qaçan T.A. rayon mərkəzində gizləndiyi ünvanda polislər tərəfindən yaxalanaraq polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı istintaq başlanılıb.

//Samir Qurbanov, Editor.az