15 yaşlı şagirdini evinə çağırdı: Birlikdə olmaq qarşılığında elə bir şey vəd etdi ki… – FOTObackend

15 yaşlı şagirdini evinə çağırdı: Birlikdə olmaq qarşılığında elə bir şey vəd etdi ki… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Missuri ştatında litseydə işləyən 26 yaşlı qadın müəllimə Lena Stüartın 16 yaşlı şagirdi ilə yaxınlıq etdiyi məlum olub.

Kanal.az xəbər verir ki, məlum olub ki, müəllimə yüksək qiymət vermək müqabilində şagirdinə münasibət təklif edib. Hadisə bölgədə böyük əks-səda doğurub. Bildirilir ki, şagirdinə daha yüksək qiymət vermək şərti ilə cinsi əlaqədə olan müəllimə barəsində araşdırma başladılıb. İstintaq çərçivəsində adı açıqlanmayan şagird ifadəsində qiymətlərinin aşağı olduğunu və bu səbəbdən müəllimin cinsi əlaqə qarşılığında yüksək qiymət təklifini qəbul etdiyini bildirib.

 Tələbə ifadəsində müəlliməsi ilə bəzən evdə, bəzən də avtomobilində cinsi əlaqədə olduğunu bildirib. Müəllimə və şagirdi arasında yaxınlıq ötən il yəni şagirdin 15 yaşında olarkən baş verib. Missuridə cinsi yaş həddi 16-dır. Buna görə də, müəllimənin əməli təcavüz kimi qəbul edilir və o azyaşlıya təcavüz etdiyi üçün mühakimə olunacaq.