Ayvazyan Moskvaya niyə gedir? – TƏFƏRRÜATLARbackend

Ayvazyan Moskvaya niyə gedir? – TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər naziri Ara Ayvazyanın 6-7 dekabr tarixlərində federasiyaya işgüzar səfəri ilə bağlı təfərrüatları açıqlayıb.

Publika.azxəbər verir ki, açıqlamada səfərin Rusiya-Ermənistan siyasi dialoqunun məntiqi davamı olacağına inam bəsləndiyi bildirilib.

Məlumata görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin, Aİİ, KTMT və MDB vasitəsilə xarici siyasət qarşılıqlı fəaliyyətinin, BMT, ATƏT, Avropa Şurası, QDİƏT və digər beynəlxalq forumlarda mövqelərin əlaqələndirilməsinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, görüşdə beynəlxalq və regional məsələlərə dair əsaslı fikir mübadiləsi aparılacaq. Rusiya Xarici İşlər Nazirliyi ilə Ermənistan Xarici İşlər Nazirliyi arasında 2020-2021-ci illər üçün Məşvərətlər Planının həyata keçirilməsinə baxılacaq.

Görüşün əsas mövzularından biri Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin 10 noyabr tarixli Qarabağla bağlı birgə bəyanatının icrasının praktik aspektlərinə baxılması olacaq.

Nazirliyin şərhində deyilir ki, bu səfər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar sona çatdıqdan sonra ortaya çıxan yeni reallıqlar nəzərə alınmaqla yaxın əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş Rusiya-Ermənistan siyasi dialoqunun məntiqi davamı olacaq.