Sudandan Səudiyyə Ərəbistanına gedən 15 800 diri qoyunu daşıyan gəmi bazar günü səhər saatlarında batıb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudandakı limanın əməkdaşı gəminin batmasına səbəb olaraq həddindən artıq yüklənməsini göstərib. O, qeyd edib ki, gəminin cəmi 9 min qoyun daşımaq imkanı olub. Hadisə zamanı 700 heyvan və ekipaj xilas oluna bilib.
Gəmidəki heyvanların ümumi dəyərinin 4 milyon dollar olduğu açıqlanıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

