16 qazi xaricə müalicəyə göndəriləcək – FOTObackend

16 qazi xaricə müalicəyə göndəriləcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YAŞAT” Fondu tərəfindən xaricdə müalicəsi davam etdiriləcək qazilərimiz və onların ailə üzvləri üçün Səyyar ASAN xidmət həyata keçirilib.

“ASAN xidmət”dən verilən məlumata görə, müvafiq kateqoriyadan olan 16 qazi və 3 ailə üzvü üçün ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

Müvafiq xidmət əlavə səyyar xidmət haqqı olmadan həyata keçirilib, eyni zamanda zəruri olan dövlət rüsumu “ASAN xidmət” tərəfindən qarşılanıb.