Tacikistanın 16 yaşlı futbolçusu Muhammed Nazriev millinin oyununda qol sayına görə dünya rekordu qırıb.
Editor.az bu barədə “Sports.ru”ya istinadla xəbər verir. O, U17 Asiya Kubokunun seçmə mərhələsində Quam yığmasına qarşı 14 qol vurub. Görüş Tacikistanın gənclər komandasının 33:0 hesablı qələbəsi ilə başa çatıb. Tarixdə heç bir futbolçu Beynəlxalq Futbol Federasiyasının (FİFA) himayəsi altında milli komandanın rəsmi matçında bu qədər qol vurmayıb.
Qeyd edək ki, həm ümumi qol sayında, həm də hədəfə atılan zərbələrin sayında əvvəlki uğur Avstraliya komandasına məxsus idi. 2002-ci il Dünya Çempionatının seçmə mərhələsində Amerika Samoasını 31-0 hesabı ilə məğlub etdilər, hücumçu Arçibald Tompson matçda 13 qol vurub. Nəzriyev Düşənbənin “İstiklol” komandasının ikinci komandasında çıxış edir.
//Gülnarə Abasova, Editor.az

