16 yaşlı qızın qatilinin ifadəsi dəhşətə gətirir – FOTObackend

16 yaşlı qızın qatilinin ifadəsi dəhşətə gətirir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aydından (Türkiyə) “işim var görüb qayıdacağam” deyərək toydan çıxan 16 yaşlı Yağmur Tayhanın qətlinin təfərrüatları bəlli olub.

Editor.az haberler.com-a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar genişmiqyaslı araşdırmalara başlayan polis 53 yaşlı Nizam C.-in həbs edib. “Onu dəfələrlə bıçaqladım. Cəsədi bir təbəqəyə büküb evin yanındakı torpağın üzərinə atdım” deyə qatil bildirib.

Polis bölməsində ifadəsində cinayəti törətdiyini etiraf edən Nizam C.-nin hollandiyalı bir qadınla evli olduğu öyrənildi. Bildirilib ki, Nizam C. 2012 və 2016 -cı illərdə məhkumluq həyatı yaşayıb. Şübhəlinin polis idarəsində ifadəsi alındıqdan sonra məhkəmə binasına köçürüləcək.