1600 manatlıq cəriməsi olan sürücü radara düşməmək üçün görün nə etdibackend

1600 manatlıq cəriməsi olan sürücü radara düşməmək üçün görün nə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ödənilməyən cərimələri olan sürücü yol polisləri tərəfindən saxlanılıb.

Binəqədi rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən Editor.az-a verilən məlumata görə, avtomobil saxlanılan zaman qeydiyyat nişanlarına müdaxilə olunması aşkar edilib. Belə ki, 1961-ci il təvəllüdlü, Bakı şəhər sakini Xankişiyev Telman Mirzə Ağa oğlu 1600 manatlıq cəriməsinin olmasına görə, kameralardan yayınmaq üçün avtomobilin hər iki qeydiyyat nişanını saxtalaşdırıb. O, 90-BT-905 qeydiyyat nişanını standarta uyğun olmayan vəziyyətə gətirərək qara boya ilə 99-BT-805 edib.

Həmin sürücü etdiyi əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə cərimələnib