17 uşağı qaçıran qadın haqqında ölüm hökmü çıxarıldıbackend

17 uşağı qaçıran qadın haqqında ölüm hökmü çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Quizhou əyalətinin məhkəməsi 17 uşağı qaçıran Yu Huayinq haqqında birinci instansiya məhkəməsinin çıxardığı ölüm hökmünü təsdiqləyib.

Bu barədə Çin Ali Xalq Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qadın 1993-2003-cü illərdə uşaqları qaçıraraq satıb.

“China Times” qəzetinin yazdığına görə, Yu Huayinq artıq uşaq alverinə görə məhkum edilib. 2004-cü ildə o, cinayət törətərkən saxlanılsa da, özünü başqa adam kimi göstərə bilib. Sonra məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib, lakin 2009-cu ildə onun cəzası üç il azaldılıb. 2022-ci ildə daha əvvəl qaçırdığı qızlardan biri ona qarşı iddia qaldırıb. Sonra Yu Huayinqin bütün cinayət şəbəkəsi ifşa olunub. Qadının özü də günahını etiraf etmir.

//Samir Qurbanov, Editor.az