17 yaşlı qız Kalaşnikov avtomatı ilə 23 yaşlı desantçını vurub öldürdübackend

17 yaşlı qız Kalaşnikov avtomatı ilə 23 yaşlı desantçını vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odessada 17 yaşlı qız Kalaşnikov avtomatı ilə 23 yaşlı desantçıya atəş açaraq onu öldürüb.

Yerli nəşr “Dumskaya”nın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, faciə iki oğlanın 17 və 20 yaşlı qızların yanında içki içdiyi zaman kirayəlik mənzildə baş verib.

Zərərçəkənin 24 yaşlı qardaşının silahı gənc qızın əlinə keçib. Mənbələr bildirir ki, atışma silahla ehtiyatsız davranma nəticəsində baş verib: “Qurbanın dostu bir neçə gün əvvəl qayıtdığı işgüzar səfərdən sonra uğursuz Kalaşnikov avtomatını təhvil verməyib”, – nəşr yazır. Polis 5 ilə qədər həbs cəzası nəzərdə tutan ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ibtidai istintaqa başlayıb.

//Samir Qurbanov, Editor.az