170 əsgər, 3 təyyarə, 1 helikopter və…backend

170 əsgər, 3 təyyarə, 1 helikopter və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ukrayna əsgərləri 170-ə yaxın işğalçını məhv edib.

Bu barrədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 26-da saat 06:00-a olan əməliyyat məlumatına görə, son sutka ərzində Ukrayna əsgərləri düşmənin 8 tankını, 17 zirehli bölməsini və 11 avtomobil texnikasını məhv edib. İşğalçıların canlı qüvvə itkisi 170 nəfərə yaxın olub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qruplaşması ötən gün ərzində düşmənin 12 hava hədəfini (3 təyyarə, 3 PUA, bir helikopter və 5 qanadlı raket) məhv edib. Hərbi Hava Qüvvələrinin hücum təyyarələri qırıcıların dəstəyi ilə düşmənin texnika kolonlarına və qoşunların cəmləşdiyi nöqtələrə dağıdıcı raket və bomba zərbələri endirib.

 Editor.az