Türkiyənin Kocaeli şəhərində 18 gün əvvəl evdən çıxan 87 yaşlı Alzheimer xəstəsi qadın hələ də tapılmayıb.
Kocaelinin Derince rayonunda yaşayan 87 yaşlı Emine Yıldırımdan iyunun 28-dən bu yana heç bir xəbər yoxdur.
Gecə saatlarında tək başına evdən çıxan qadını oğlu hər yerdə axtarır. Uzun müddətdir Alzheimer xəstəsi olan qadından xəbər ala bilməyən və vəziyyəti polisə bildirən 8 övladının həyəcanlı gözləməsi davam edir.
//Samir Qurbanov, Editor.az

