18 qanadlı raketin 15-i məhv edildibackend

18 qanadlı raketin 15-i məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 1-nə keçən gecə Rusiya ordusunun bölmələri Ukrayna istiqamətində 18 qanadlı raket buraxıblar.

Editor.az bildirir ki, bu barədə Ukrayna MN Telegram-da məlumat yayıb. Məlumatda deyilir: “Gecə saat 02:30 radələrində rus işğalçıları strateji təyyarələrdən Ukraynaya hücum ediblər: onların doqquzu Tu-95-i Oleneqorsk vilayətindən (Murmansk vilayəti) və iki Tu-160-ı Xəzər dənizi regionundan atılıb.

“Sever” həri qruplaşmasnın rəisi Zalujnı ümumilikdə 18 Kh-101/Kh-555 qanadlı raketin atıldığını bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri 18 raketin 15-ni məhv ediblər.

  //Samir Qurbanov,Editor.az