ABŞ -ın Əfqanıstandan çəkilmə qərarını şərh edən ABŞ Prezidenti “Xaos olmadan Əfqanıstandan çəkilməyin heç bir yolu olmadığını” söyləyib.
Editor.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden ABC News -a verdiyi xüsusi müsahibədə ABŞ qoşunlarını Əfqanıstandan çıxararkən xaosun qarşısını necə alacağını bilmədiyini söyləyib:
“Biz taliblərin çox böyük gücə sahib olacağını bilirdik. Amma bilmədiyimiz şeylərdən biri, insanların ölkəni tərk etməməsinə çalışarkən taliblərin nə edəcəyi idi”.
Bayden Talibanın hazırda ABŞ vətəndaşlarının təxliyəsi ilə əməkdaşlıq etdiyini və vətəndaşların, işçilərin ölkədən çıxmasına icazə verildiyini, ancaq ABŞ üçün çalışan Əfqanıstan işçilərinin çıxışında çətinliklərin olduğunu söyləyib:
“ABŞ -ın Əfqanıstandan çəkilmə qərarından sonra, Kabul hava limanında təyyarələri və uçuş -enmə zolaqlarını dolduran mülki vətəndaşların xaosunun görüntülərdən sonra düşündüyüm ilk şey, bu işi nəzarətə götürməyiniz idi. Daha sürətli hərəkət etməli və hava limanına nəzarəti ələ almalıyıq. Və biz bunu etdik. ABŞ hökuməti ABŞ səfirliyinin işçiləri də daxil olmaqla 3200 nəfəri Əfqanıstandan müvəffəqiyyətlə təxliyə edildi”.
ABŞ prezidenti Əfqanıstandan çəkilmə qərarının arxasında olduğunu vurğulayıb:
“Əfqanıstan hökumətinin və qoşunlarının çöküşünü gördükdən sonra ya Əfqanıstanda daha çox ABŞ əsgəri yerləşdirməliydik, ya da 11 sentyabr hadisələrinə qədər gözləyib geri çəkilməli idik. Əgər qalacağımızı desəydik, Əfqanıstana daha çox əsgər göndərməliydik”.
//Gülnarə Abasova, Editor.az

