19 “Şahed”, 2 “Oniks” və 11 “Caliber”: Odessaya gecə hücumunun təfərrüatlarıbackend

19 “Şahed”, 2 “Oniks” və 11 “Caliber”: Odessaya gecə hücumunun təfərrüatları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmən gecə saatlarında Odessa vilayətinə “Şahed”, “Oniks” və “Caliber” raketləri ilə hücum etdi. Hava hücumundan müdafiə bütün pilotsuz təyyarələri və raketlərin əksəriyyətini vurub. lakin zərbə nəticəsində liman infrastrukturuna ziyan dəyib.

Editor.az “Cənub” Müdafiə Qüvvələrinin məlumatına istinadən bildirir ki, düşmən gecə saatlarında Odessa vilayətinə 19 “Şahed-136/131” hücum pilotsuz təyyarəsi və 2 “Oniks” səsdən sürətli raket və mürəkkəb hərəkət trayektoriyasına malik 12 “Kalibr”lə hücum edib.

Dənizdən hücum üçün yerüstü raketdaşıyıcıya əlavə olaraq Novorossiysk körfəzindən bir sualtı qayıq gətirilib”, – məlumatda deyilir. 19 “Şahed” və 11 “Kalibr” hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə vurulub. 1 “Kalibr” Nikolaev vilayəti və Kirovoqrad bölgəsi üzərində, böyük əksəriyyəti Odessa bölgəsi üzərində səmada vurulub.

Təəssüf ki, liman infrastrukturuna, Odessadakı Dəniz Vağzalına ciddi ziyan dəyib. Bir neçə ildir fəaliyyət göstərməyən vağzal otelinin binasında yanğın baş verib və dərhal söndürülüb. Bundan əlavə, taxıl anbarları “Oniks”lər tərəfindən məhv edilib. Amma insanlar xəsarət almayıb”,- məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az