19 yaşlı qadın dəm qazından boğularaq ÖLDÜbackend

19 yaşlı qadın dəm qazından boğularaq ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan sakini dəm qazından boğularaq ölüb.

Editor.az  “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Aynur Müşfiq qızı Bəşirova hamamda olarkən dəm qazından boğulub.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.