Putin və Lukaşenko arasında bir həftədə ikinci dəfə telefon danışığı olub- DETALLARbackend

Putin və Lukaşenko arasında bir həftədə ikinci dəfə telefon danışığı olub- DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə yeni telefon danışığı aparıb.

Editor.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

İclasın məzmununa gəlincə, hələlik heç bir açıqlama verilməyib. Lakin iki liderin görüşü Avropa ölkələrinə daxil olmaq istəyən mühacirlərin Belarus-Polşa sərhədinə axını səbəbindən Brüssel və Minsk arasında münasibətlərin gərgin olduğu dövrə təsadüf edib. Sözügedən gərginliyə görə son həftələr tez-tez telefonla danışan Putin və Lukaşenkonun sonuncu görüşü çərşənbə axşamı baş tutub. Brüssel iddia edir ki, Lukaşenko ölkəsinə qarşı sanksiyalar tətbiq edən Aİ-dan qisas almaq üçün immiqrantları Polşa sərhədinə yönəldib. Minsk əvvəldən dəfələrlə bu iddiaları təkzib edib.

Rusiya rəsmiləri isə dəfələrlə Aİ və Belarus arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduqlarını bildiriblər, eyni zamanda Brüsseli Minsklə birbaşa əlaqə saxlamağa çağırıblar. Bu zənglərdən sonra Almaniya kansleri Angela Merkel və Belarus lideri Lukaşenko arasında telefon danışığı olub. Belarus lideri bir neçə bəyanatla çıxış edərək bildirib ki, miqrantları sərhədi tərk etməyə razı salmağa çalışır, lakin onların əksəriyyəti öz ölkələrinə qayıtmaq istəmir. Belarus hökuməti sərhəddə dondurucu şəraitdə gözləyən immiqrantlar üçün qapalı ərazilərə sığınmaq və koronavirusa qarşı peyvənd olunmaq üçün şərait yaradıb.

//Gülnarə Abasova, Editor.az