Vəziyyət gərgindir: “Türk lirəsi sürətlə dəyərdən düşür”-SƏBƏBLƏR AÇIQLANDIbackend

Vəziyyət gərgindir: “Türk lirəsi sürətlə dəyərdən düşür”-SƏBƏBLƏR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk lirəsinin getdikcə dəyərdən düşməsinin bir çox siyasi, iqtisadi, eyni zamanda idarəetmə ilə bağlı problemlərin yaranmasından doğan səbəbləri var. Bu səbəblər üst-üstə gəldikdə türk lirəsi sürətlə dəyərdən düşür. Əsas problemlərdən biri Mərkəzi Bankla bağlıdır. Mərkəzi Bank istənilən ölkədə müstəqil siyasət yürütmək imkanları olan dövlət qurumuna çevrilməlidir. Bu, bazarların, birjaların güvənini qazanmaq nöqteyi- nəzərdən çox vacib bir məsələdir”.

Bu sözləri Editor.az-a açıqlamasında  iqtisadçı-ekpert Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə son zamanlar Mərkəzi Bank rəhbərliyinin tez-tez dəyişildirilməsi və siyasi hakimiyyətin Mərkəzi Bankın aldığı qərarlara müdaxilə etməsi kifayət qədər problemlər yaradıb, güvəni zədələyib:

” İqtisad elminə görə inflyasiyanın yüksək olduğu bir dövrdə Mərkəzi Bank faiz dərəcələrini artırmalı idi. Amma çox təəssüf ki, bu baş tutmadı. Siyasi qərarla faizlərin aşağı çəkilməsinin şahidi olduq. Son iki toplantıda Türkiyə Mərkəzi Bankı faizi 3 dəfə endirdi. Bu isə lirənin ucuzlaşmasına təkan verən əsas səbəblərdən biri oldu. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Türkiyə idxaldan aslı olan bir ölkədir, əsasən də enerji daşıyıcılarında. Nəticədə isə qazın, neftin qiymətinin qalxması valyutaya olan tələbatı artırdı. Bu da məzənnəyə təsir edən amilə çevrildi. Bundan başqa, Türkiyənin özəl sektorunun kifayət qədər yüklü miqdarda xarici borcu var. Tək dekabr ayında təqribən 50-60 milyard dollara yaxın xarici borc qaytarılmalıdır. Bu da valyutaya tələbatı artırır. Bilirsiz ki, Türkiyə turizm ölkəsidir. Son iki ildə pandemiya ilə əlaqədar turizmdə yaranan problemlər turizm gəlirlərini kəskin şəkildə, təxminən 4 dəfə aşağı salıb.Bütün bu problemlər türk lirəsinin dəyərinə mənfi təsir göstərən amillərdir. Düşünürəm ki, müəyyən bir dayaq nöqtəsi tapılacaq və türk lirəsinin dəyəri sabitləşəcək. Hələ ki, bu aralıq 12 ilə15 lirənin bir dollar arası görünür. Yəqin ki, bu koridorda bir müddət sabitləşmənin şahidi olacağıq. Çünki daimi olaraq pulun dəyərdən düşməsi mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az