1994-cü ildə Rusiya NATO-ya niyə daxil olmadı?backend

1994-cü ildə Rusiya NATO-ya niyə daxil olmadı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1994-cü ilin yanvarında Rusiyanın keçmiş prezidenti Boris Yeltsin (1991-1999) Novo-Oqarevoda ABŞ prezidenti Bill Klintonla görüşündə demişdi ki, hərbi blokun genişlənməsi halında NATO-ya ilk daxil olan Rusiya olmalıdır.

Editor.az bildirir ki, bu barədə Corc Vaşinqton Universitetinin ictimai tədqiqat təşkilatı olan Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan iki liderin söhbətinin stenoqramında deyilir.

Bill Klintonla söhbətində Boris Yeltsin deyib ki, NATO genişlənərsə, Rusiya ilk olaraq alyansa qoşulmalıdır – Mərkəzi və Şərqi Avropanın digər dövlətləri də ondan nümunə götürəcəklər.

“Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək ABŞ, Rusiya və Avropa ölkələri də daxil olmaqla bir növ kartel yaratmaq lazımdır” -Boris Yeltsin qeyd edib. Səs yazısında deyilir ki, Bill Klintonun bu təklifə cavabı “çox ehtiyatlı” olub – orada Rusiyanın böyüklüyündən bəhs edilib, “lakin Yeltsinin təklif etdiyi ölkələrin birliyinin yaradılması və ya Rusiyanın NATO-ya üzvlüyü ideyasından bəhs edilməyib”. Sənədə əsasən, Bill Klinton Boris Yeltsinlə “etimad münasibətləri” haqqında danışıb. “Biz Avropa ölkələrinə bir əsr və ya daha çox sülhə zəmanət verə bilərik”, – ABŞ prezidenti bildirib.

Vladimir Putin 2017-ci ildə amerikalı rejissor Oliver Stouna verdiyi müsahibədə Bill Klintona Rusiyanın NATO-ya daxil olması barədə düşünməyi təklif etdiyini bildirib. “Mən prezident Klintonla son görüşlərimizdən birini xatırlayıram. O, Moskvaya gəldi və müzakirə zamanı mən dedim: “Yaxşı, bəlkə də Rusiyanın NATO-ya daxil olması variantına baxaq”, – deyə Vladimir Putin bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti belə cavab verib: “Yaxşı, mən etiraz etmirəm”. Vladimir Putin bu sözlərdən “bütün Amerika nümayəndə heyətinin əsəbiləşdiyini” söyləyib. Ukraynada hərbi əməliyyata başladığını elan edən Vladimir Putin ABŞ-ın Rusiyanı NATO-nu şərqə doğru genişləndirməyəcəyinə söz verərkən aldatdığını bildirib.

“Təkliflərimizə cavab olaraq, biz daima ya həyasız aldatma və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşmişik”. Həmin ilin sentyabrında o, xüsusi hərbi əməliyyatın məqsədinin Ukrayna ərazisində yaradılan və Rusiyanı təhdid edən “anti-Rusiya anklavını” aradan qaldırmaq olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az