2 fevral- Azərbaycan gəncləri günü münasibətilə Gəncə Şəhidlər Xiyabanına ziyarət təşkil olunub-FOTOLARbackend

2 fevral- Azərbaycan gəncləri günü münasibətilə Gəncə Şəhidlər Xiyabanına ziyarət təşkil olunub-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə elan olunmuş 27 yanvar – 2 fevral gənclər həftəsi çərçivəsində gənclər arasında vətənpərvərlik hisslərinin artırılması məqsədilə “Vətənpərvər gənclər vətənimizin parlaq gələcəyinin təminatçısıdır” devizi altında Gəncə gənclərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunub.

Editor.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər Evi SXM-nin direktoru Amil Qurbanov, Baş İdarənin və Gənclər Evinin əməkdaşları, fəal gənclər iştirak edib.

Ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edən gənclər “Əbədi məşəl” abidəsinin önünə və qəhrəman Şəhidlərimizin məzarları üstünə tər qərənfillər düzüblər.

Allah bütün qəhrəman şəhidlərimizə rəhmət eləsin!