2 il əvvəl Türkiyəni casusluqda ittiham edirdi: İndi isə…backend

2 il əvvəl Türkiyəni casusluqda ittiham edirdi: İndi isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya kansleri Karl Nehammerin Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Türk Hava Yolları ilə Rusiyaya uçması gündəmi məşğul edən əsas mövzulardan birinə çevrilib.

Editor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avstriya kansleri Karl Nehammer 2020-ci ildə daxili işlər naziri olarkən Türkiyəni, Ərdoğanı Avstriyada “casusluq şəbəkəsi” yaratmaqda ittiham etmişdi.

Karl Nehammer Avstriyada yaşayan və Ərdoğana müxalif olan şəxslərlə bağlı məlumatların Türkiyəyə sızdırıldığını iddia edirdi.

Türkiyəyə qarşı ağır ittihamlarla çıxış edən kanslerin iki il sonra THY-ə məxsus təyyarə ilə Rusiyaya getməsi geniş müzakirələr yaradıb və Twitter-də gündəm olub.

//Fərrux, Editor.az