2 komanda Azərbaycan çempionatından qovuldubackend

2 komanda Azərbaycan çempionatından qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədinin “Hindarx” klubunun 13 və 14 yaşlılardan ibarət komandaları Azərbaycan çempionatlarından uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında qəbul olunub.

“Hindarx”ın heyətində həm U-13 Liqasında, həm də U-14 Liqasında lisenziyası saxtalaşdırılmış futbolçular forma geyiniblər. Həmin futbolçuların çıxış etdikləri bütün oyunlarda Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni zamanda, komandaların 2024/2025 mövsümündə çıxışını davam etdirməsinə qadağa qoyulub.

Qeyd edək ki, bu gün Ağcabədi futbol nümayəndələrindən ikisi futbolla fəaliyyətdən kənarlaşdırılıb.