Aprelin 26-da Almaniyanın Ramşteyn Hərbi Hava Qüvvələri bazasında Ukraynaya dəstəyin müzakirə olunacağı konfransda 20-dən çox ölkə iştirakını təsdiqləyib.
Bu barədə Editor.az “European Truth”ə istinadən xəbər xəbər verir. Xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi cümə günü bildirib ki, sözügedən konfransa 40-a yaxın ölkə dəvət olunub. Lakin o, hansı ölkələrin bu dəəvətə müsbət cavab verdiyini açıqlamayıb.
Daha əvvəl o, bildirmişdi ki, burada söhbət təkcə NATO ölkələrindən getmir və görüş Şimali Atlantika Alyansının himayəsi altında keçirilmir. Ukraynanın təkcə Rusiya Federasiyasına qarşı savaşması üçün deyil, həm də gələcəkdə Ukrayna ordusunu gücləndirmək üçün müdafiə ehtiyacları müzakirə ediləcək konfransa ABŞ-ın müdafiə naziri Lloyd Ostin də dəvət olunub. Xatırladaq ki, aprelin 21-də ABŞ prezidenti Co Bayden tammiqyaslı müharibə başlayandan bəri Ukraynaya üçüncü 800 milyon dollarlıq hərbi yardım paketini elan edib. Buraya yetmiş iki 155 mm-lik haubitsa və yedək avadanlığı, onlar üçün 144 min mərmi, 120-dən çox dron daxildir. ABŞ-ın ikinci yardım paketində isə zirehli personal daşıyıcıları, artilleriya sistemləri, helikopterlər və pilotsuz təyyarələr nəzərdə tutulmuşdu.

