20 gün sonra nişanı olacaqdı, meyiti tapıldı – FOTObackend

20 gün sonra nişanı olacaqdı, meyiti tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində olub.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərlinin yaşadığı evin həyətindəki yarımtikilidə meyiti tapılıb.

Qeyd edək ki, evdə tək yaşayan Əkbərin sentyabrın 22-si nişan mərasimi planlaşdırılıbmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.