20 il futbol oynadı, indi meyvə-tərəvəz satır – FOTObackend

20 il futbol oynadı, indi meyvə-tərəvəz satır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbələ” klubundakı 7 illik çıxışı ilə tanıdığımız Elnar Kərimov ticarətə başlayıb.

Editor.az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə 35 yaşlı sabiq qapıçı özü məlumat verib.

20 ilini futbola verən Kərimov, şəxsi feysbuk hesabında şəkillər paylaşaraq, meyvə-tərəvəz satışı ilə məşğul olduğunu bildirib.

Sabiq qolkiper, “20 il futbol oyna, sonra da ticarətçi ol. Allah yaxşıqəlbli insanlardan razı olsun” sözlərini yazıb.

Qeyd edək ki, Mingəçevirdən olan Elnar Kərimov “Energetik”, “Ədliyyə Bakı”, “Xəzər Lənkəran” və “Qəbələ” klublarında forma geyinib.

Türkiyənin aşağı liqalarında da çıxış etdikdən sonra “Qəbələ”də qapıçılar üzrə məşqçi kimi işləyib.