20 ildə bir ilk: Əsəd Si-nin dəvəti ilə Çinə gedirbackend

20 ildə bir ilk: Əsəd Si-nin dəvəti ilə Çinə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya lideri Bəşər Əsəd cümə axşamı Çinə gedəcək. Əsədin Çinə ilk və son səfəri təxminən 20 il əvvəl olub.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Suriya Rəyasət Heyəti Əsədin Çin lideri Si Cinpin tərəfindən dəvət edildiyini açıqlayıb.

Bəyanatda Əsədin yüksək səviyyəli rəsmilərdən ibarət Suriya nümayəndə heyəti ilə cümə axşamı Çinə səfər edəcəyi bildirilib. Suriya Rəyasət Heyəti Bəşər Əsədin Çinə səfəri zamanı onu həyat yoldaşı Esma Əsədin müşayiət edəcəyini açıqlayıb. Suriyada Əsədi dəstəkləməyə davam edən və ötən mart ayında Səudiyyə Ərəbistanı ilə İran arasında razılaşmaya vasitəçilik edən Çinin də on milyardlarla dollara başa gələcəyi gözlənilən Suriyanın yenidən qurulmasında mühüm rol oynaya biləcəyi düşünülür.

Ötən il Suriya inkişaf etməkdə olan regionlarda infrastruktur layihələrini həyata keçirmək üçün Çinin “Bir kəmər və yol” təşəbbüsünə qoşulub. Qərb ölkələri və Suriyanın ən böyük neft yataqlarına nəzarət edən ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən iqtisadi böhran yaşayan Suriyada yenidənqurma prosesinin dərhal başlaması Rusiya, Çin, Ərəb ölkələri və İran başda olmaqla, bir çox ölkə tərəfindən dəstəklənir.

//Gülnarə Abasova, Editor.az