20 nəfərdən 18-nin cəsədi tapılıbbackend

20 nəfərdən 18-nin cəsədi tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xilasedicilər Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 nəfərdən 18-nin cəsədini tapıblar.

Gürcüstanın Daxili İşlər Naziri Gela Geladzenin sözlərinə görə, daha iki cəsədin axtarışı davam edir.
Gürcüstan Türkiyə Daxili İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu beynəlxalq istintaq qrupu yaradıb. “Onlar bütün gecə hadisə yerində olublar və istintaq tədbirlərində iştirak ediblər”, – deyə Geladze jurnalistlərə bildirib.

Qeyd edək ki, C-130 təyyarəsi 11 noyabrda Gürcüstanın Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı Siqnaqi bələdiyyəsində qəzaya uğrayıb. Təyyarə havaya qalxdıqdan 27 dəqiqə sonra radarlardan itib. Gürcüstan Daxili İşlər Nazirliyi uçuş təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunaraq cinayət işi açıb.

//Samir Qurbanov, Editor.az