Bu ilin aprelin 23-də mərkəzi selevir olan 23 km dərinlikdə mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələ təkcə istanbulda deyil, ətraf şəhərlərdə də ciddi şəkildə hiss olundu.
Sonxeber.az xəbər verir ki, zəlzələ nəticəsində xoşbəxtlikdən insan itkisi baş vermədi. Lakin uzun müddətdir müzakirə olunan məsələ, tikililərin zəlzələyə davamlılığı yenidən aktuallaşdı.
Türkiyəli əmlak mütəxəsisi Dəniz Tunca deyib ki, 2000-ci illərdən sonra inşaa olunan binaların çoxu zəlzələ standardlarına uyğun tikilib. Eyni şeyi bu tarixdən öncə inşa olunanlar haqqında isə demək çətindir.