“Rusiyanın Qarabağda etnik ermənilərin yaşadığı ərazidə sülhməramlı fəaliyyəti dörd ildən sonra ciddi problemlə üzləşəcək. Çünki Azərbaycan dörd ildən sonra sülhməramlı qüvvələrin fəaliyyətinin sonlandırılmasını tələb edəcək. Bu da yeni gərginliyə yol açacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, əks təqdirdə Rusiyanın qarşısında əsas bir neçə şərt irəli sürüləcək:
“Birinci, silahlı erməni birləşmələri ləğv edilir”.
“İkinci, Laçın dəhlizində Azərbaycan postu yaradılır”.
“Üçüncü, separatçı rejim ləğv edilməlidir”.
“Əgər, Rusiya bu şərtlərə əməl etməyəcəksə, Azərbaycana qarşı yeni təhlükə olacaq. Rusiya buradan Azərbaycana qarşı erməni təxribatlarına rəvac verəcək. Sülhməramlı qüvvələrin hazırkı missiyası bir il ərzində yalnız erməni separtizmini müdafiə etmək olub və silahlı erməni birləşmələrini Azərbaycanın təzyiqindən qoruyub. Bu da ölkəmizə qarşı birmənalı olaraq sülhməramlı qüvvələrinin fəaliyyətini əks etdirir. Post-Putin dövründə Azərbaycan və Rusiya əlaqələrində problemlərin ortaya çıxması da istisna deyil. Ona görə də sülhməramlı qüvvələrlə bağlı ciddi şəkildə planımız olmalıdır”.
//Gülnarə Abasova, Editor.az

