2018-ci ildə keçirilən prezident seçkilərinin nəticəsi xalqımızın İlham Əliyevə olan inam və etimadını növbəti dəfə təsdiqlədibackend

2018-ci ildə keçirilən prezident seçkilərinin nəticəsi xalqımızın İlham Əliyevə olan inam və etimadını növbəti dəfə təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının Prezident İlham Əliyevə olan inam və etimadını növbəti dəfə bəyan etdi. Demokratik mühitdə keçirilən seçkilərin şəffaflığı da göz qarşısında idi. Xalq növbəti dəfə müdriklik nümayiş etdirməklə cənab İlham Əliyevin rəhbərliyini dəstəklədi. Bu dəstək uzaqgörənlik, inam və daha güclü dövlət görmək istəyidir. Müdrik Azərbaycan xalqı yaxşı bilirdi ki, yalnız cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişafa nail olmaq mümkündür. Əks halda, nəinki inkişafın stabilliyi təmin olunacaqdı, ölkənin müstəqilliyinə təhdidlər yaranacaqdı. Cəmiyyət bütün bunları bilir və ona görə də Prezident İlham Əliyevi dəstəkləyirdi”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Şahin İsmayılov 2018-ci ildə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

Millət vəkili seçkilərin nəticələrinə birbaşa təsir edən əsas amilləri də xarakterizə edib:

“Bura Ulu Öndər Heydər Əliyevin siyasi irsi, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən dönəmdə həyata keçirilən uğurlu daxili və xarici siyasətinin davamının zəruriliyini qeyd edə bilərik. Prezident İlham Əliyev 2018-ci il aprelin 11-də növbəti dəfə xalqın dəstəyini qazandıqdan sonra bütün sahələrdə, o cümlədən ölkənin ictimai-siyasi, hərbi, iqtisadi sahəsində davam edən uğurların sayı günbəgün artdı. Bu dövrdə əldə olunan ən böyük uğur torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu, Prezident İlham Əliyevin çoxillik gərgin əməyinin nəticəsində baş tutdu. Bununla Azərbaycan xalqının qəhrəmanlığı və vətənpərvərliyi, Azərbaycan dövlətinin gücü bütün dünyaya bəyan edildi. Azərbaycanın beynəlxalq nüfuzunun artması, dünya ölkələri arasında söz sahibi olması, o cümlədən Qoşulmama Hərəkatına rəhbərliyi də bu dövrü təcəssüm edən hadisələrdəndir. 2020-ci ildə bütün dünyanı cənginə alan pandemiya ilə mübarizədə Azərbaycan dövlətinin xüsusi rol oynaması da həmçinin dövlətin söz sahibi olması və artan nüfuzunu simvolizə edir. Bir çox dünya ölkələrinin enerji təhlükəsizliyində rol oynayan Azərbaycan dövləti bu sahədə də böyük rəğbət qazanmışdır. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin bundan sonra da onu daha böyük zirvələrə qaldıracağına heç bir şübhə yoxdur. Biz buna əminik və onun ətrafında yumruq kimi birləşməyə davam edəcəyik”.

//Gülnarə Abasova, Editor.az