Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Florens Bauer bildirirb ki, Ukraynanın gənc əhalisi ölkəni tərk edir.
Onun sözlərinə görə, 2022-ci il fevralın 24-dən bəri 10 milyona yaxın sakin Ukraynanı tərk edib. “Rusiya ilə müharibənin birbaşa qurbanlarını nəzərə almasaq, insanların əhəmiyyətli bir hissəsi ölkəni tərk edib. Əhali qocalır, gənclər isə başqa yerlərdə imkanlar axtarır və ölkəni tərk edirlər”, – deyə xanım Bauer brifinqdə bildirib.
Avqustda Ukrayna prezidenti Vladimir Zelenski əhalinin xaricə axını ilə bağlı problemi etiraf edib və ölkəni tərk etmiş mülki şəxslərlə işləmək üçün nazirliyin yaradıldığını bəyan etmişdi. Keçən həftə o, gənclərin xaricə axınının əsas problem olaraq qaldığını söyləyib. Eyni zamanda, Ukrayna hakimiyyəti əmin edir ki, onlar hələlik səfərbərlik yaşını 18 yaşa endirmək niyyətində deyillər. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov bildirib ki, ABŞ bu məsələni Ukrayna ilə müzakirə edir.
//Samir Qurbanov, Editor.az

