2022-ci ildə Rusiyanın neft ixracı 20% azalacaqbackend

2022-ci ildə Rusiyanın neft ixracı 20% azalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft və Qaz İstehsalçıları İttifaqı Şurasının (SNGPR) sədri Yuri Şafranik 2022-ci ildə Rusiyada neft satışının 20% azalacağını proqnozlaşdırır.

O, qeyd edib ki, neft sənayesi dünya bazarında neftin qiymətinin tez bir zamanda aşağı düşəcəyini də gözləyir.

Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. “Bəli, biz bu ili itirdik. Satışda 20 faiz itirə bilərik, bəlkə bir az yaxşı, bəlkə də bir az pis”, – Şafranik bildirib. O, daha sonra qeyd edib ki, neft bazarında qiymət dalğalanmaları davam edəcək, bununla belə, “bizim arxamızda əla neft-qaz kompleksi var”. NQSBS rəhbəri onu da bildirib ki, qiymət uzun müddət 140 dollarda qalmayacaq.

“Orta hesabla 80 dollar götürmək lazımdır, sonra, bəlkə də 100 dollara qədər”. Məlum olduğu kimi, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda ABŞ Rusiyadan neft və neft məhsullarının alınmasına embarqo qoyub. Böyük Britaniya da ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmaq niyyətindədir.

Editor.az