2022-ci ilin sentyabr-dekabr aylarında Rusiya Çinə 25 min kq zənginləşdirilmiş uran ixrac edibbackend

2022-ci ilin sentyabr-dekabr aylarında Rusiya Çinə 25 min kq zənginləşdirilmiş uran ixrac edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Çinə nüvə yanacağının tədarükü yeni silahlanma yarışının mümkün başlanğıcından xəbər verir.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” Pentaqondakı mənbələrə istinadən məlumat verir. Agentliyin məlumatına görə, 2022-ci ilin sentyabr-dekabr aylarında Rusiya Çinə 25 min kq zənginləşdirilmiş uran ixrac edib ki, bu da ABŞ və MAQATE-nin son otuz ildə bütün dünyada ələ keçirdiyindən daha çox zənginləşdirilmiş uran deməkdir.

ABŞ Müdafiə Nazirliyinin hesabatına görə, CFR-600 bu il silah dərəcəli plutonium istehsalına başlayacaq. Bu, Pekinə nüvə arsenalında Rusiya və ABŞ-la bərabərləşməyə imkan verəcək. Pentaqonun fikrincə, Çinin nüvə potensialının artması Rusiyanın ABŞ-la strateji hücum silahlarına dair müqavilədən çıxması ilə birbaşa bağlıdır.

Qeyd edək ki, 2017-ci ildən bəri Çin MAQATE-yə plutonium ehtiyatları barədə məlumat verməyib. “Bloomberg”in məlumatına görə, 2022-ci il dekabrın 12-də Rosatom Çin tərəfinə 6477 kq zənginləşdirilmiş uran verib.

  //Samir Qurbanov, Editor.az