backend

Xankəndinə qanunsuz səfər: Yalnızlaşmış Ermənistan üzərindən yeni oyun qurulur-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dövləti erməni işğalına 44 günlük savaşla son verdikdən və bununla da ATƏT-in Minsk qurpunun missiyası iflasa uğradıqdan sonra Fransa regionda təsir gücünü saxlamaqdan ötəri hər vasitəyə əl atır. Xanım Valeri Pekressin Xankəndinə səfəri də bu qəbildəndir. Eyni zamanda, Şərqə münsibətdə oriyentalist,islamofobik baxışlarıyla tanınan bu xanım siyasətçi, seçkilərdə Fransada yaşayan erməni seçicilərin səslərini qazanmağı da hədəfləyir. Yəni bu qanunsuz səfər erməni “canıya
nanlığından” daha cox daxili seçki auditoriyasındakı səslərə hesablanıb”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Rusiya ermənilərin hərbi müttəfiqi olduğu kimi, Fransa da ermənilərin tarixi müttəfiqidir:

“Regionun güclü dövlətləri olan Rusiya və İranın, Qafqazda ölkəmizin yaratmış olduğu yeni reallıqlarla barışması Fransanı, yalnızlaşmış Ermənistan üzərindən yeni oyun qurmağa həvəsləndirir. Azərbaycan diplomatiyasının gücü və peşəkarlığı bu oyunu da pozacaqdır.Yəqin ki, XİN-yi bu qanunsuz səfərlə bağlı Fransaya sərt etirazını bildirəcək. Eyni zamanda, ölkəmizin ictimai rəyində rus sülhməramlıların fəaliyyətinə də münasibət birmənalı deyil, bu fəaliyyətdən ciddi narazılıqlar var. Rusiya Qarabağda sülhməramlı fəaliyyətini digər münaqişə bölgələrindəki fəaliyyətilə eyniləşdirməməlidir. Çünki Azərbaycan dövlətinin ixtiyarında bu fəaliyyəti sonlandıracaq kifayət qədər siyasi-hüquqi əsaslar vardır”.

//Gülnarə Abasova, Editor.az