2023-cü il Afrikada çevrilişlər və Sudan vətəndaş müharibəsi ilə yadda qalacaqbackend

2023-cü il Afrikada çevrilişlər və Sudan vətəndaş müharibəsi ilə yadda qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Nigeriya, Zimbabve, Liberiya, Madaqaskar, Sierra Leone və Konqo Demokratik Respublikası kimi ölkələrdə prezident seçkiləri keçirilib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Qabonda seçkidən sonra çevriliş olarkən, ordu 26 iyulda prezident Məhəmməd Bazuma qarşı çevriliş edərək Nigerdə ​​hakimiyyəti ələ keçirib.

Şərqi Afrikaya təsir edən quraqlıq yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olsa da, Konqo Demokratik Respublikası ilə Ruanda arasında gərginlik bu il də davam edib.

Somaliyə qarşı 30 illik silah embarqosu ləğv edilib və Afrika İttifaqının sülhməramlı qüvvələri ölkədən çıxmağa başlayıb.

Hərbi çevrilişlərdən sonra Fransaya qarşı addımlar atan Niger, Mali və Burkina Faso, Saheldə terrorla effektiv mübarizə aparmaq üçün sentyabr ayında “Sahel Dövlətləri Alyansı (AES)” adlı ortaq müdafiə qüvvəsi qurub.

Epidemiyadan sonra baş verən Rusiya-Ukrayna müharibəsi səbəbindən iqtisadi böhranlarla mübarizə aparan qitə ölkələri beynəlxalq bankların qapılarını döyərək, 2023-cü ildə iqtisadi canlanmaya diqqət ayırıb.

Çadda insanlar dekabrın 17-də dövlətin idarə formasını müəyyən edəcək konstitusiya dəyişikliyi referendumu üçün sandıq başına gedib. Unitar dövlət və federalizm variantlarının səsə qoyulacağı referendum dekabrın 28-də yekunlaşacaq.

Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada fevralın 25-26-da keçirilən seçkilərdə hakim partiyanın Bütün Tərəqqiçilər Konqresinin (APC) namizədi Laqosun keçmiş qubernatoru Bola Əhməd Tinubu prezident seçilib.

İyun ayında isə Qərbi Afrika ölkəsi Sierra Leonedə keçirilən prezident seçkiləri hərbi əsilli namizəd Julius Maada Bio-nun qələbəsi ilə nəticələndi və Bio ikinci dəfə bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Qabonda avqust ayında keçirilən prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra bir qrup əsgər milli televiziya binasına daxil olaraq hökuməti ələ keçirib, seçkilərin 2025-ci ildə keçiriləcəyini açıqlayıb.

//Səbinə Hüseynli, Editor.az