“2023-cü il tərəflər arasında normallaşma ili olacaq”-AÇIQLAMAbackend

“2023-cü il tərəflər arasında normallaşma ili olacaq”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub”. Bu fikirləri prezident İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Elşad Musayev bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın Rusiya ilə olan münasibətləri və onun Ermənistana nə qədər təsir edə biləcəyini nəzərə alır:

“Ümid edir ki, 2023-cü il tərəflər arasında normallaşma ili olacaq. Rusiyanın isə başı Ukraynaya qarışıb. Ermənilər də ənənəvi olaraq Rusiyanı satmağa hazır mövqe dayanıblar. Ona görə də Ermənistan 2 il müddətində öz ərazilərində Avropa İttifaqı missiyasını yerləşdirdi. Prosesin gedişatı Ermənistanın davranışlarından asılıdır. Ümumiyyətlə, sülh müqaviləsinin imzalanması ilə bağlı azərbaycanlı siyasətçilərdən fərqli düşünürəm. Ötən il də sülh müqaviləsinin imzalanmayacağını bildirmişdim. Çünki Paşinyan hakimiyyəti buna hələ də hazır deyil. İndiki məqamda da sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar gedir, Rusiya da mövqe qoyulduğunu bildirir. Amma təəssüf ki, Ermənistana konkret təzyiq yoxdur”.

Politoloqun sözlərinə görə, qardaş Türkiyədə baş verən zəlzələ də bu məsələyə xeyli təsir edib:

“Dünyada baş verən bir çox proseslər işin gedişatına təsir edir. Sülh müqaviləsinin imzalanması ilə bağlı inamımızı itirmirik. Amma müəyyən narahatlıqların olması da istisna deyil. Rusiya həmişəki kimi bu bölgədə öz maraqları prizmasından çıxış edir. Ona görə də Sergey Lavrov Laçın yolunda Azərbaycanın nəzarət- buraxılış məntəqəsinin yaradılmasına dolayı yolla etirazını bildirdi ki, üçtərəfli bəyanatda bu nəzərdə tutulmayıb. Amma Ermənistan və Rusiya sözügedən bəyanatda üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. Nəticə etibarilə Rusiya istəsə də istəməsə də bu proses reallaşmalıdır”.

//Safura Bənnayeva, Editor.az