2023 cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar ilk tədbir təşkil olunubbackend

2023 cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar ilk tədbir təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evinin birgə təşkilatçılığı, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin təsis edilməsi ilə əlaqədar “İdmanın böyük himayədarı – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə gənclərimiz və gənc idmançılarımız iştirak ediblər. Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı Azərbaycan Milli Olimpiya Komitəsinin təsis edilməsi və Ulu Öndərin Azərbaycan idmanına göstərdiyi diqqət haqqında məlumat verib.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov öz çıxışında Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişməsindən bəhs edib. O, qeyd edib ki, idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Hal hazırda Azərbaycanda bədən tərbiyəsi və idman daha böyük inkişafa çatıbdır. Ümummilli lider Heydər Əliyev idmanın əhəmiyyətindən bəhs edərək qeyd edirdi: İdman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir vasitəsidir.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər sektorunun müdiri Rəşad Əlizadə, Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müdiri Asif Həsənov, Paralimpiya çempionu Ramil Qasımov və Gəncə Olimpiya İdman Kompleksinin direktoru İntiqam Hüseynov öz çıxışlarında qeyd ediblər ki, Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi – Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Tədbirdə “Azərbaycan idman ölkəsidir” mövzusunda hazırlanmış video-çarx nümayiş olunub.