“2023-cü ilin ilk aylarında müharibənin gedişində əsaslı dönüş olacağı gözlənilirdi”-AÇIQLAMA  backend

“2023-cü ilin ilk aylarında müharibənin gedişində əsaslı dönüş olacağı gözlənilirdi”-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynaya Qərbin siyasi, iqtisadi, maliyyə dəstəyi həm də Kiyevin Rusiyaya qarşı dirənişinin müddətinin uzadılmasına xidmət edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, müxtəlif texnikaların, silah-sursatın Ukraynaya verilməsi ərazi bütövlüyünün qorunması mahiyyəti daşıyır:

“Ötən ilin sonlarında biz Ukraynanın uğurlu əks-hücum əməliyyatlarını görürdük və belə bir təəssürat yaranırdı ki, 2023-cü ilin elə ilk aylarında müharibənin gedişində əsaslı dönüş olacaq. Ukrayna müharibədə qalib gələrək öz ərazi bütövlüyünü bərpa edəcək. Lakin Soledar və Baxmut ətrafında baş verən proseslər onu göstərdi ki, Rusiya tərəfi öz ambisiyalarından və planlarından geri çəkilməyəcək, Kiyev ərazilərinin daha geniş həcmdə tutulması baş verəcək”.

Politoloqun fikrincə, Ukraynaya dəstəyin çoxalması və Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukraynaya səfəri məhz Kiyevin müharibə qabiliyyətinin artırılması mahiyyətini daşıyır:

“Hazırda prosesin necə bitəcəyini söyləmək çətindir. Ukraynaya qarşı döyüşən Rusiyanın nüfuzunun aşağı salınması, resurslarının tükənməsinə yönəlmiş hərəkətlər həm də Kiyevin qələbəsini şərtləndirir. Ancaq  Moskvanın planları Soledar və Baxmutla bitmir, Dnepr çayının sağ sahilini ələ keçirtmək üçün müəyyən addımlar atılır. Bu da müharibənin müddətini uzadır. Müharibə uzandıqca qlobal iqtisadi dalğalanmalar, milli valyutalarda inflyasiyalar da gözləniləndir”.
 
//Safura Bənnayeva, Editor.az