“2023-cü ilin iqtisadi artımın əsas drayveri qeyri-neft sektoru oldu”- Millət vəkilibackend

“2023-cü ilin iqtisadi artımının əsas drayveri qeyri-neft sektoru oldu”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2023-cü il Azərbaycan üçün tarixi illərdən biri oldu”.

Bu sözləri Editor.az-a 2023-cü ilin iqtisadi göstəriciləri ilə bağlı danışarkən millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, məhz bu il Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa edildi:

“Eyni zamanda, bu, ilin iqtisadi əhəmiyyətinə təsir göstərən faktorlardandır. Nəzərə alaq ki, 2023-cü il üçün əsas hədəf bütövlükdə iqtisadi artım tempinin qorunub, saxlanılması idi. İlin yekunları göstərir ki, təxminən 1 faizlik iqtisadi artım qeydə alındı. Baxmayaraq ki, neft sektorunda məhz hasilatın azalması səbəbindən əlavə azalmalar qeydə alındı. Amma Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub, saxladı. Bu da onunla bağlıdır ki, 2023-cü ilin iqtisadi artım drayveri qeyri-neft sektoru oldu.

Bu ilin ilk 10 ayının yekunlarında neft-qaz sektorunda əlavə dəyər 1.6 faiz azaldısa, qeyri-neft sektorunda 3.2 faiz artım qeydə alındı. Bu konteksdən əsas hədəf iqtisadi artımın saxlanılması idi və praktik olaraq bu hədəfə nail olmaq mümkün oldu.

Diqqət çəkən məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma və bərpası idi. Bu istiqamətdə də fəaliyyətlərin intensivləşməsi müşahidə olundu. Praktik olaraq 2023-cü ildə təxminən 5 milyard manata yaxın vəsait məhz Qarabağ və Şərqi Zəngəzurun qurulmasına yönəldilib. Bu da işğaldan azad edilmiş ərazilərin bərpası baxımından vacib idi”.

//Səbinə Hüseynli, Editor.az